Lassa İmpetus Revo – çox funksiyalı və yüksək performanslı yay tekeridir .Şin Türkiyədə «Bridgestone» zavodunda istehsal olunur ki, bu da onun yüksək keyfiyyətdə olmasından xəbər verir.
Lassa İmpetus Revo tekerinin əsas üstünlüyü onun əla idarəetmə və yüksək komfortu özündə birləşdirməsidir. Düzgün seçilən asimmetrik protektor cizgisinin addım ölçüləri yürüş zamanı səs yaranmanın qarşısını alır. Təkərin yük indeksi 82-94 arasında dəyişir. Bir şinə düşən maksimal yük isə 475- 670 kq-dır.
Protektor cizgisi xeyli sayda optimal yerləşdirilmiş elementlərdən ibarətdir ki, bu da avtomobilə mükəmməl yürüş xüsusiyyətləri verir. Daxili zona yaş asfalt səthində yürüş xüsusiyyətlərini yaxşılaşdırır, xarici zona isə - quru asfaltda. Xüsusi geniş kanallar təmas nöqtəsindən suyu dərhal çəkərək, hydroplanning effektinin qarşısını alır. Yanlarda yerləşən qövslər isə səs effektini azaldır və avtomobilə əla idarəetmə bəxş edərək, dönmə zamanı manevr etmə imkanlarını artırır. Xarici hissə sərt bloklardan ibarətdir ki, o da öz növbəsində şinin cavab vermə xüsusiyyətini daha güvənli edir.
Lassa Impetus Revo şininin özəllikləri
- Hidrodinamik modelləşdirmə proqramı əsasında yaradılmış yeni assimetrik protektor cizgisi, hansı ki, təmas nöqtəsindən suyun dərhal çıxarılmasını təmin edir.
- Tekerin istifadə müddətini çoxaldan silisium tərkibli xüsusi qatqı
- Blokların dairəvi kənarları silkələnməni və hydroplanning effektini azaldır
- Optimizə olunmuş meyilli kanallar hydroplanning effektini azaldır
- Optimizə olunmuş yanlar zədələri qəbul edir və yürüşü daha rahat edir