Tekerstore.az saytından çatdırılma varmı?
Əgər distribütorun çatdırılma xidməti varsa bu barədə sizi məlumatlandıracaq. Əgər distribütorun çatdırılma xidməti yoxdursa, Siz çatdırılma xidməti təklif edən digər mağazanı seçə bilərsiniz.

Qeyri-iş günləri (şənbə və ya bazar) çatdırılma mümkündürmü?

Bu barədə hər distribütorun özü ilə əlaqə saxlamanız lazımdır.
Sifarişin çatdırılmasına başlanıldıqdan sonra onun harada olduğunu necə öyrənmək olar?
Sifarişin çatdırılmasına başlamazdan öncə distribütorun müştəri xidməti üzrə əməkdaşı sifarişin yekun təsdiqi və çatdırılma ünvanını dəqiqləşdirmək üçün müştəri ilə əlaqə saxlayır. Çatdırılmaya məsul əməkdaş isə ünvana yetişməyə 30 dəqiqə qalmış ünvanı dəqiqləşdirmək üçün müştəriyə zəng edir. Sifariş müştəriyə çatanadək o, qeyd olunan zəngləri qəbul etməyə hazır olarsa, sifarişinin harada olduğunu təqib edə bilər. 

Çatdırılma gününü və ünvanını dəyişmək olarmı?

Bu mümkündür. Lakin müştəri bunu edəcəyi zaman mütləq distribütorun müştəri xidməti üzrə nümayəndəsinə zəng etməli və dəyişiklik barəsində xəbərdar etməlidir.

Sifariş çatdırılıb təhvil verilərkən müştəri nələrə diqqət yetirməlidir?

Sifariş Müştəriyə təhvil verildikdən sonra aşağıdakı məqamlara mütləq diqqət yetirilməlidir:
- Sifariş komplekstasiyasının və onun xarici görünüşünün doğruluğunu yoxlamaq;
- Məhsul və kassa çekinin mövcudluğu;
- Sürücü ilə hesablaşmaq;
- Yarana biləcək hər hansı sual ilə bağlı sürücü ilə deyil, distribütorun müştəri xidməti üzrə nümayəndəsi ilə əlaqə saxlamaq lazımdır.

Diqqət! Sifarişin ləğv edilməsi

Əgər müştəri sifarişi təsdiq edibsə, lakin çatdırılma ərəfəsində hər hansı səbəbdən (telefon sönüb, şəbəkə xidməti xaricindədir və s.) telefon zənglərinə cavab vermirsə, çatdırılma ünvanında heç kim yoxdursa (qapı zənginə heç kim cavab vermir) və ya müştərinin verdiyi ünvan yanlışdırsa (həmin adda ev, küçə mövcud deyilsə və s.):
1. Sürücü 15 dəqiqə ərzində qeyd olunan ünvanda müştərini gözləyəcək.
2. Distribütorun müştəri xidməti üzrə nümayəndəsi müştəriyə yoxlama zəngi edəcək.
3. Əgər Müştərinin telefonu 15 dəqiqə ərzində çağrılara cavab verməzsə, distribütorun ofisindən sürücüyə çatdırılma ünvanını tərk etmək barədə göstəriş veriləcək.
4. Yekunda Müştərinin Sifarişi ləğv ediləcək.


Servis Xidməti

Saytda yer alan hər bir distribütorun şəxsi servis xidmətləri mövcuddur. Sevis xidmətlərindən (şin montajı, balans və razval) yararlanmaq istəyirsinizsə, təkər sifariş etmək istədiyiniz distribütorun saytda qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz.