Goodyear Eagle RS-A şininin xarakteristikası
Goodyear Eagle RS-A yüngül tekerin istehsalçının flaqman modeli olmasını təkcə onun adı deyil, həm də yüksək texniki göstəriciləri isbat edir. Bundan başqa qeyd etmək lazımdır ki, bu shini il boyu, hətta pick-up avtomobillərdə belə istifadə etmək mümkündür. Belə universallığa səbəb isə ilk növbədə təkərin konstruksiyasında istifadə olunan qabaqcıl texnologiyalardır.
Unikal asimmetrik protektor cizgisi
Bu modeli hazırlayarkən şirkətin mütəxəssisləri asimmetrik protektora üstünlük veriblər. O müxtəlif istiqamətli keyfiyyətlərə malikdir. Belə uğura mütəxəssislər protektoru bir neçə funksional hissəyə bölməklə nail oldular. Onların hər biri ayrıca istismar keyfiyyətlərinə sahibdir. Bu keyfiyyətlərin bir çoxu bütün zonalar üçün eyni olduğuna görə, şinin texniki xarakteristikalarını gücləndirir. Nəticədə model eyni zamanda həm komfort, həm əla səth təması, həm də döngələrdə yüksək dayanıqlıq nümayiş etdirir.
İstənilən sürüşkən döngədə etibarlı səth təması
Bu şin modelinin həm yayda, həm də qışda istifadə olunması imkanı yalnız protektorun konstruksiyası ilə deyil, həm də onun hazırlandığı rezin qarışığının fiziki-kimyəvi tərkibi ilə bağlıdır. Protektor cizgisi çoxsaylı bloklardan ibarətdir. Lakin təmas yaradan hissələr bu blokların deyil, onların ayrıldığı lamellərin hesabına formalaşır. Bu isə qar və buzlu səthlərdə təması gücləndirir. Protektorun rezin qarışığının fərqli xüsusiyyəti ondan ibarətdir ki, onun tərkibinin yarısını silika təşkil edir. Bu komponent şinə elastiklik verir, həm də qışda yol səthi ilə təması yaxşılaşdırır.
Goodyear Eagle RS-A şininin əsas xüsusiyyətləri
— asimmetrik protektor sayəsində bütün istismar keyfiyyətlərinin əla balansı;
— şinlərin qışda istifadəsi protektorun cizgisindəki çoxsaylı bloklar, onların ayrıldığı lamellər, həmçinin tərkibində silikanın çoxluq təşkil etdiyi rezin qarışığının hesabına mümkündür.