Cordiant Sport 3 xüsusi olaraq aktiv və enerji dolu sürücülər üçün hazırlanmış yay şinidir. Bu model minik avtomobillərində istifadə olunmaq üçün nəzərdə tutulub.
Təkmilləşdirilmiş WET-COR texnologiyası sayəsində aquaplanning effektinə qarşı yüksək müqavimət göstəricisi əldə olunub.
DRY-COR texnologiyası isə təmas nöqtəsinin sabitliyini qorumaqla şinin sürüşməsinin və onun döngələrdə deformasiyaya uğramasının qarşısını alır.
Üstünlükləri:
WET-COR - gölməçəyə girərkən fövqəladə müdafiə rolunu oynayır. Cilalanmış kanallara malik yaxşılaşdırılmış drenaj sistemi təmas nöqtəsindən suyu xaric etməyi təmin edir. Qövsvari kanallar aquaplanning effektinin qarşısını alır.
Yeni protektor qarışığı olan SPORT-MIX nahamar səthlərdə amortizasiyanı gücləndirir.
DRY-COR - istənilən yol örtüyündə manevr etməyə imkan verir. Gücləndirilmiş mərkəzi qövslər istənilən yol örtüyündə sükan idarəetməsinə operativ reaksiya verməyə tələb oluna vaxtı azaldır. Protektorun çoxsaylı damaları isə döngələrdə idarəetməni yüksəldir.
Yeni SPEED-COR texnologiyası isə təzyiqi təmas nöqtəsi üzrə doğru paylaşdırmaq hesabına sükan idarəetməsinin dəqiqliyi və hissiyyatını artırmağa imkan verir.
İstifadə olunan texnologiyalar:
3D Mod — 3D computer modeling - tekerin 3 ölçülü kompüter modelləşdirməsi protekorun dizaynı, materialı və xüsusiyyətlərini optimallaşdırmağa imkan yaradır.
Contact with road - yol səthi ilə təmas. Təmas nöqtəsinin böyüməsi səth ilə təmas effektinin artmasına gətirib çıxarır, bu da öz növbəsində tormoz yolunu qısaltmaq və avtomobilin idarəetməsini yaxşılaşdırmağa imkan verəcək.
Double Tread - ikiqat protektor konstruksiyası - xüsusi rezin qarışığından hazırlanan, yürüş üçün nəzərdə tutulan və aşınan hissə və minimal histerezis itkili rezin qatı. Bu konstruksiya istismar təhlükəsizliyini, etibarlılığı və qənaətcilliyi təmin edir.
Dual Nylon&Steel - kombinə quruluşa malik şinin brekeri. Yüksək möhkəmliyə malik iki təbəqəli metal kord və tekstil korda malik müdafiə qatının spiralvari tikişi şinə xüsusi dözümlülük, zədələrə qarşı qayanıqlıq, idarəetmə stabilliyi bəxş edir.
Improved water drainage - təmas nöqtəsindən suyun çıxarılmasının yaxşılaşdırılması avtomobili yaş yolda daha yaxşı idarəolunmasını təmin edir.
Indicator - aşınma indikatoru protektorun dərinliyini ölçməyə və təkərin vəziyyətini nəzarətdə saxlamağa imkan verir.