Bridgestone Dueler A/T 693 şinlərinin xüsusiyyətləri
Bridgestone Dueler A/T 693 təkərlərinin adındakı 2 hərfli abbreviatura ingilis dilində
All Terrain (Bütün Məkanlar) sözlərinin baş hərfləridir. Bu isə o deməkdir ki, bu
təkər modeli istənilən səth örtüyünə malik məkanda, həm qışda, həm də yayda istifadə oluna bilər. İstifadə universallığı
tekerin hazırlanmasında innovativ texnologiya olan 3 ölçülü modelləşdirmədən istifadəsi ilə bağlıdır. Bu məsələdə həm də
şinin hazırlandığı materialların dəyişən mühitə qarşı adaptiv olması da mühüm rol oynayır.
Trapesiyaşəkilli bloklardan ibarət mərkəzi rim
Protektorun dizaynının fərqli tərəflərindən biri onun mərkəzi qövsünün quruluşundadır. Bu hissə çoxsaylı böyük olmayan bloklardan ibarətdir. Həmin bloklar trapesiyaşəkilli olub, hərəkət istiqamətinə paralel yerləşdiriliblər. Bu isə bir çox istismar xüsusiyyətlərini gücləndirməklə mərkəzi rimi çoxfunksiyalı elementə çevirir. Hər şeydən öncə yüksək sürət həddində kurs dayanıqlılığı və yanacağa qənaət ön plana çıxır.
Çiyin zonalarının enliliyi və açıq dizaynı
Protektorun çiyin zonaları böyük ölçüsü və açıq dizaynı ilə diqqət çəkir. Onların hər biri 2 cərgəli çoxbucaqlı formada olan enli bloklardan ibarətdir. Onlar elə şəkildə yerləşdiriliblər ki, hərəkət zamanı eninə cərgələr olaraq uzunməsafəli səth təması formalaşır ki, bu da
şinə yolsuzluq şəraitində əla dartma xarakteristikasını bəxş edir.
Bridgestone Dueler A/T 693 şinlərinin əsas xüsusiyyətləri
—
təkərin gücləndirilmiş yan hissələri və karkası yolsuzluq şəraitində yüksək etibarlılıq nümayiş etdirir;
— mərkəzi rimdə böyük olmayan trapesiyaşəkilli bloklar kurs dayanıqlılığı, operativ idarəetmə və yanacaq qənaətcilliyini təmin edir;
— geniş çiyin zonalarının açıq dizaynı əla dartı qabiliyyəti bəxş edir.