MICHELIN LATITUDE SPORT 3 şini haqqında məlumat
MICHELIN LATITUDE SPORT 3 güclü və idman üslubunda yolsuzluq avtomobilləri üçün nəzərədə tutulmuş, yüksək sürət hədlərində gücləndirilmiş möhkəmliyə, əla səth təmasına malik yay şinidir.
Əsas üstünlükləri
- yüksək səviyyəli təhlükəsizlik: yaş yol örtüyündə əla səth təması
MICHELIN Latitude Sport 3 modeli geniş suçıxarıcı kanalların sayəsində yaş yol örtüyündə tormoz yolu 2,7 m-ə qədər azalıb.
- pis örtüklü yollarda daha yüksək güvən və möhkəmlik:
İkiqat karkas pis örtüklü yollarda yürüş zamanı və ya hər hansı maneəni dəf edərkən MICHELIN Latitude Sport 3 şininin möhkəmliyini artırır.
- maksimum imkanlar: aşınmaya qarşı yüksək dayanıqlıq
Tərkibinə silisiumun son nəsli hesab olunan elostomerlərin kombinasiyası da daxil olan innovativ rezin qarışığı şinin aşınmaya qarşı dayanıqlığını artırır, yanacaq qənaətcilliyini yüksəldir.
- eni 10%-ə qədər böyüdülmüş suçıxarıcı kanallar protektora daxil olan suyu effektiv xaric edir və beləliklə də güvənli səth təmasını təmin edir.
MICHELIN Latitude Sport 3 modeli Porsche Macan, Porsche Cayenne, BMW X5, Volvo XC90 kimi prestijli yolsuzluq avtomobillərinin əsas təchizatına daxildir.