Matador mp-47 Hectorra 3 şini haqda qısa məlumat Yüngül minik avtomobili üçün nəzərdə tutulmuş Matador mp-47 Hectorra 3 modeli bazarda münasib qiymət və əla
keyfiyyət hesabına çox tələb olunan şinə çevrilib. Bu da Continental AG şirkətinin
təqdim etdiyi texnologiya nəticəsində əldə olunub.
Yaş asfaltda əla təmas
Bu modeli yaradanda onun
yaş asfaltla təması zamanı təhlükəsizliyə çox diqqət ayırılıb. Bir neçə texniki
göstəricilərə görə o yüksək vəziyyətdədir. Ən başlıcası bunu protektorun mərkəzi hissəsində
4 iri uzununa yerləşən kanallardan ibarət drenaj sistemi konstruksiyası təmin
edir. Təmas nöqtəsindən çıxan sular məhz bura yönlənir. Sonra xeyli sayda köməkçi drenaj kanallar
vasitəsi ilə su xaricə çıxarırılır. Onların çoxu əyri formada və kəsişən
vəziyyətdə hərəkət istiqamətinə qarşı
yerləşdirilib, bu da öz növbəsində şinin hydroplanning effektinə qarşı xeyli
güclənməsinə səbəb olub.
Qısa dayanma
məsafəsi və əla sürmə qabiliyəti
Protektorun
assimetrik cizgisi xeyli sayda fərdi elementlərdən ibarətdir. Lakin, onlar demək olar ki, bütöv dizayn və
kütləvi ölçüsü ilə fərqlənirlər. Belə xüsusiyyətlərin ən bariz nümunəsi
protektorun mərkəzi hissəsinin dizaynıdır. O iri uzununa yerləşən blokları
cəmləyən 3 uzununa qövsdən ibarətdir.
Onların güclü dözümlülüyü şinə sürətlənmə və dayanma zamanında tam
stabilliyi və sükan tələblərinə cavabı dərhal təmin edir.
Döngələrdə
sabitlik Asimmetrik
protektorun hər iki hissə çiyin zonası bir-birindən xırda detallar ilə
fərqlənir. Hər iki vəziyyətdə onlar xeyli sayda hərəkət istiqamətində düzbucaq
altında yerləşmiş fərdi bloklardan ibarətdir. Kəskin döngə və manevr zamanı
məhz əsas güc onların üzərinə düşür. Çiyin zona dizaynının özəlliyi nəticəsində
böyümüş əlaqə nöqtəsinin sahəsi hətda yüksək sürətdə belə avtomobil idarəsini tam
təmin edir. Matador
MP-47 Hectorra 3 şinin özəlliyi: - Hər bir
sürətdə hydoplanning effektinə qarşı dözümlülük
- Idman üslublu
dəqiq idarəetmə
- Çiyin zonalarının
geniş blokları dözümlülüyü artırır, sükanın dönmə komandasına dəqiq və tez cavab
verir - Rezin
qatqısının xüsusi komponentləri və protektor elementlərinin optimize
yerləşdirilməsi aşınmaya dözümlülüyü artırır , bu da öz növbəsində əlaqə
nöqtəsinə düşən xarici ağırlığı bərabər şəkildə paylamış olur.