Lassa Impetus Sport tekeri haqqında məlumat
İmpetus Sport yönləndirilmiş protektoru olan idman üslubunda yay tekerleridir.O yüngül sedan və idman üslubunda olan avtomobillər üçün nəzərdə tutulub.
İmpetus Sport hydroplanning effektinə qarşı keyfiyyətli mübarizə aparır və yaş asfaltda əla idarəetmə nümayiş edir. Təkərin əsasən idman üslubunda yürüş üçün nəzərdə tutulduğuna görə yalnız W sürət indeksi ilə istehsal olunur.
Yüksək sürətdə sabitlik və dözümlülüyü təmin etmək üçün şinin karkası dəmir poladdan hazırlanıb və gücləndirilmiş yanlardan ibarətdir. Daxili sərt artırmalar isə əla manevr qabiliyyəti və döngə keçmə zamanı əla sabitlik verir.
Lassa Impetus Sport tekerinin protektoru
Şinin protektoru xüsusi «High Wet Grip Compound» qatqısından istehsal olunur. Bu qatqının istifadəsi avtomobilin yaş və quru asfaltda dəqiq və etibarlı idarəetməsini təmin edir. Belə qatqının nəticəsində güc tekerin üzərində bərabər şəkildə paylanaraq , onun yüksək sürətdə yürüş zamanı deformasiyaya qarşı dözümlülüyü artırır.
Lassa Impetus Sport ən başlıcası yaş asfaltda keyfiyyətli təması təmin edən protektordan ibarətdir. Protektor təmas nöqtəsindən suyun dərhal çıxarılması təmin edən 4 geniş fasiləsiz uzununa yerləşən kanaldan ibarətdir. Eləcə də qövsün mərkəzi və yan tərəflərində xeyli sayda kiçik kanallar da suyun çıxarılmasında yardımçı olur.
Mərkəzi fasiləsiz qövs yol səthi ilə stabil təmas yaradır , bu da öz növbəsində dəqiq idarəetməni təmin edir.
Lassa Impetus Sport təkərin üstünlükləri
- Yönləndirilmiş cizgi
- Geniş köməkçi kanallar
- Xüsusi rezin qatqısı
- Gücləndirilmiş çiyin zonası və yanlar