Bakı şəhəri üzrə çatdırılma gün ərzində ödənişsizdir (məsafədən asılı olaraq). Əlavə məlumat almaq üçün distribütorla əlaqə saxlayın
KEYFİYYƏTƏ ZƏMANƏT
Goodyear markası bütün təkər modellərinə istehsalçı zəmanəti verir.
ÖDƏMƏ
Nəğd, köçürmə və kredit kartı vasitəsi ilə mümkündür. Birkart sahibləri İlkin Ödənişsiz hissə-hissə ödəməklə əldə edə bilərlər. 18 aya-dək Kredit şərtləri mövcüddur.
Xidmətlər
Təkərləri əldə etdiyiniz zaman servis qiymətlərini distribütordan dəqiqləşdirə bilərsiniz.
Goodyear EfficientGrip SUV şininin xarakteristikası
Yolsuzluq avtomobilləri və krossoverlər üçün yay şiniGoodyear EfficientGrip SUV bir sıra əsas göstəriciləri ilə xarakterizə olunur. Bu göstəricilərin bəziləri təkərin istifadə sahəsi ilə bağlıdırsa, digərləri onu rəqib markalardan fərqləndirir. Bu model əsasən öz üstünlüklərini aşkar sərgiləyə biləcək asfalt yollarda istifadə üçün nəzərdə tutulub. Bu üstünlüklərin əksəriyyətini formalaşdıran isə FuelSaving Technology texnologiyasıdır. Bu texnologiya da öz növbəsində yanacaq sərfiyyatına qənaətə və şinin uzunmüddətə istifadəsinə yönəlik bir sıra texniki həllərin ortaya çıxmasına şərait yaradır.
Yüngül karkas Modeli rəqiblərindən fərqləndirən əsas göstəricilərdən biri onun yüngül karkasıdır. Bunun sayəsində şin olduqca yüngül çəkiyə malikdir. Bu çəkiyə isə daha çox sintetik materiallardan istifadə olunması sayəsində nail olunub. Karkas demək olar ki, tam bu tip materiallardan hazırlanıb, kord qatlarının sayı, habelə yan hissələrin qalınlığı azaldılıb. "Tikişsiz"texnologiyanın tətbiqi şinin çəkisini 10% azaltmağa imkan verib. Yüngülləşən çəkiyə müvafiq olaraq istilik ayrılması və yırğalanmaya müqavimət də azalıb ki, bunlar da öz əksini artan yanacaq qənaətcilliyində tapıb.
Quru və yaş yollarda qısalan tormoz yolu Modelin hazırlanması zamanı diqqət mərkəzinə gələn vacib məqamlardan biri də tormozlanmada maksimum effektivlik əldə etmək idi. Bunun üçün isə protektorun dizaynı, rezin qarışığının tərkibi kimi məsələlər öz həllini tapmalı idi və tapdı. Protektorun çiyin zonaları çıxıntılı, çoxsaylı çarpaz bloklardan ibarətdir. Onlar öz aralarında uzununa qövslə əlaqəlidirlər. Hərəkət zamanı bloklar və çıxıntılar səth ilə təması gücləndirir. Onları birləşdirən uzununa qövs isə təmas xüsusiyyətlərinə sabitlik və etibarlılıq verir. Öz növbəsində rezin qarışığı tərkibindəki xüsusi polimer birləşmələrin hesabına daha effektiv yavaşımanı təmin edir.
Uzadılmış istismar müddəti Protektoun rezin qarışığı ilk növbədə onun istismar müddətinin uzanmasına təsir edir. Qarışığın tərkibindəki polimer maddələr molekulyar səviyyədə tekerin dağılmaya qarşı davamlılığını artırır. Bu hal bir tərəfdən protektorun istənilən kənar təsirdən dağılmasının qarşısını alırsa, digər tərəfdən yüksək sürətlə yüksək temperatur rejimində hərəkəti asanlaşdırır. Shinin uzunömürlülüyünü şərtləndirən vacib elementlərdən biri də protektorun cizgisinin şəkli, dizaynıdır. Protektorun bütün elementləri elə şəkildə yerləşib ki, təkərin təmas nöqtəsinə düşən yükün həcmini bütün təkər səthi boyu bərabər paylaşdırırlar. Bu xüsusiyyət protektorun vaxtından əvvəl sıradan çıxmasının qarşısını alır.
Avtomobilin asan idarəolunması Bu şinin protektorunun xarakterik xüsusiyyəti mövcud 5 uzununa qövsün konstruksiyada heç bir yarıq olmadan bütöv bir tam şəklində olmasıdır. Bu şəkildə konstruksiya şinə ola biləcək hər hansı deformasiyaya qarşı güclü dayanıqlıq verir. Protektor elementlərinin forma və ölçülərinin daimi dəyişməz qalması Goodyear EfficientGrip SUV şininə bir sıra üstünlüklər bəxş edir. Onlardan biri və ən vacibi sükan çarxının dönmələrinə cəld və dəqiq reaksiya verməkdir.
Goodyear EfficientGrip SUV şinin əsas xüsusiyyətləri — bir sıra üstün texnologiya və yeni materiallardan istifadə nəticəsində bütün əsas istismar özəllikləri arasında ideal balansın yaradılması; — sintetik materiallardan hazırlanan yüngül karkas konstruksiyasının hesabına daha qənaətcil yanacaq sərfiyyatına nail olunması; — rezin qarışığının tərkibinin və protektor cizgisinin dizaynının şinin təmas nöqtəsinə düşən çəkini bərabər paylaşdırması; — quru və yaş yol səthlərində qısaldılmış tormoz yolunun çiyin zonalarındakı çoxsaylı bloklar tərəfindən təmin edilməsi; — beş uzununa qövsün hamısının birgə səyi sayəsində avtomobilin rahat idarəedilməsinin təmin edilməsi.