Continental ContiSportContact 5 SUV 265/50 R20 111V XL FR



ÇATDIRILMA

Çatdılırma ilə bağlı Distiribütorla əlaqə saxlamanız xahiş olunur.

KEYFİYYƏTƏ ZƏMANƏT

Continental markası bütün təkər modellərinə 1 il rəsmi zəmanət verir.

ÖDƏMƏ

Continental Distribütorunda nəğd və 1Kart taksit kartı vasitəsi ilə ödəniş formaları mövcuddur.

Xidmətlər

Təkərləri əldə etdiyiniz zaman servis qiymətlərini distribütordan dəqiqləşdirə bilərsiniz.


Nəğd alış
0 M


İlkin ödəniş

0.00 ₼

Aylıq ödəniş

66.70 ₼



Nəğd alış
0 M


İlkin ödəniş

0.00 ₼

Aylıq ödəniş

66.70 ₼
  • Edilir
  • Edilmir
  • 1 il
  • Portuqaliya
  • V (240 km/saat)
  • 111 (1090 Kq)

Continental ContiSportContact 5 SUV şininin xarakteristikası

Yay şini Continental ContiSportContact 5 SUV bazasında hazırlandığı model kimi yüksək sürət hədlərində daha güclü performans nümayiş etdirir. Bu şin adi minik avtomobillərindən çəkisi ilə fərqlənən krossover və yolsuzluq avtomobillərində istifadə üçün nəzərdə tutulub.

Şinin protektorunun çiyin zonalarının dizaynı əla səth təması və idarəetməyə nail olmaq imkanı yaradıb. Bu zonada yerləşdirilmiş bloklar elə bir şəkildə optimallaşdırılıb ki, müxtəlif istiqamətlərdən onlara təsir edən qüvvələr olsa belə, yol səthi ilə təmas zonası ölçüsünü dəyişmədən maksimum olaraq qalmaqda davam edir. Bu isə təması yaxşılaşdırır, idarəetməni daha etibarlı edir.
Şinin üstünlüklərinin əksəriyyəti Black Chilli adlanan rezin qarışığının sayəsində əldə olunub. Qarışığın əsas özəlliyi onun temperatur xarakteristikalarını yol şəraiti və hərəkət rejiminə görə dəyişən polimer birləşmədir. O, özünün bu keyfiyyətini ən parlaq şəkildə tormozlanma zamanı ortaya qoyur: bu zaman rezin qarışığı qızaraq tormoz yolunun uzunluğunu azaldır.
Qarışığın tərkibindəki həmin polimer birləşmələr eyni zamanda yanacaq sərfiyyatının da aşağı salınmasında vasitəçi olur. Düz istiqamətli hərəkət zamanı onlar protektorun qızmasının qarşısını alır, bununla da yırğalanma əleyhinə müqaviməti azaldırlar. Bu keyfiyyət isə protektorun xidmət müddətini uzatmağa imkan verir.

Continental ContiSportContact 5 SUV şininin əsas xüsusiyyətləri

— karkas və brekerin gücləndirilmiş konstruksiyası minik avtomobillərindəki üstün keyfiyyətlərin eynisini yolsuzluq avtomobilləri üçün də təmin edir;
— çiyin zonalarındakı blokların optimallaşdırılması yüksək sürət hədlərində idarəetmə və səth təmasını yaxşılaşdırır;
— polimer tərkibli rezin qarışığı tormoz yolunu qısaldır, yanacaq sərfiyyatını aşağı salır və protektorun xidmət müddətini uzadır.

3544200000
/

Kapital Bank - 1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
2 ay 0 M 0 M
3 ay 0 M 0 M
6 ay 0 M 0 M