Yüngül yay şini olmasına rəğmən yüksək istismar xarakteristikalarına görə bütün fəsillərdə istifadəsi mümkün olan Continental ContiCrossContact UHP modelini haqlı olaraq dünya şin sənayesinin liderlərindən biri hesab edirlər. Bu şin modeli yüksək keçiciliyə malik, ən güclü və sürətli avtomobillər üçün nəzərdə tutulub. İstehsalçının digər yüngül şinləri kimi bu modelin də protektoru unikal dizayna malik asimmetrik cizgiyə sahibdir. Elə bu səbəbdən də şin modeli yüksəksürətli magistrallarda hərəkət etməyə imkan verir. Yüksək sürət indekslərinə malik olan bu yolsuzluq şinini hazırlayarkən mühəndislər istənilən sürət həddində təhlükəsizliyi təmin etməkdən ötrü hər cür önləyici tədbir hazırlayıblar. Bundan əlavə bəzi konsktruktor həlləri şinin yol səthi ilə təmas sahəsinin stabilliyinə nail olmağa imkan yaradıb. Continental ContiCrossContact UHP şininin unikal drenaj sistemini də vurğulamaq lazımdır. Bu sistemin sayəsində suyun sirkulyasiyası protektorun mərkəzi hissəsindən protektorun daxili hissəsinə tərəf baş verir. Drenaj sistemi elə qurulub ki, təmas zonasından maksimum çox həcmdə suyu çıxarıb xaric edə bilsin. Sürətlənmə və tormozlanmada yüksək effektivliyin təmin olunması üçün bu şin sərt konstruksiyaya malik üç uzununa qövslə təchiz edilib. Enliliyi ilə fərqlənən mərkəzi qövs həm kurs dayanıqlığını, həm də şinin dönmələrdə sükana qısa müddətdə reaksiyasını təmin edir.
Continental ContiCrossContact UHP əsas xüsusiyyətləri
— şinin unikal konstruksiyası hərəkət rejimindən asılı olaraq təmas sahəsini dəyişməyə imkan verir; — protektor cizgisinin orijinal dizaynı sayəsində əla səth təması alınır; — şinin protektorunun sərt konstruksiyasının elementlərinin və böyük təmas sahəsinin sayəsində sürətlənmə və tormozlanmada əla effektivlik əldə olunub; — üç və ya dörd uzununa kanaldan və çarpaz kəsişən kanallardan ibarət drenaj sisteminin yüksək səviyyəli işi sayəsində su layına qarşı müstəsna dayanıqlıq.